“Kəpənək” Spredi

istifadə müddəti və istifadə qiyməti eyni olan “Koll” və “Put” opsionlarının satışı və istifadə müddəti eyni, lakin istifadə qiyməti müxtəlif olan “Koll” və “Put” opsionlarının alışı proseslərinin eyni vaxtda aparılmasını əhatə edən opsion strategiyasının tətbiqi zamanı yaranan spred.
Kənd Təsərrüfatı
Kəsir
OBASTAN VİKİ
Kəpənək spredi
Kəpənək
Pulcuqluqanadlılar (lat. Lepidoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Məlum növlərin sayına görə kəpənəklər böcəklərdən sonra ikinci yeri tutur. Kəpənəklər ölçüsünə, rənginə və həyat tərzinə görə həddən artıq müxtəlifdir. == Xarici quruluşu == Kəpənəklərin bədəni, bütün digər həşəratlar kimi, üç əsas hissədən ibarətdir: baş, döş və qarıncıq. Bığcıqları (və ya antenaları) qılşəkilli, sapşəkilli, daraqşəkilli, iynəşəkilli, lələkşəkilli və s. formada olub, duyğu orqanları rolunu oynayır. Erkəklərin bığcıqları dişilərə nisbətən daha çox inkişaf etmişdir, çoxbuğumludur və başda, gözlərin üstündə yerləşmişdir. Kəpənəklərin gözləri iki tipdədir- başın yanlarında bir cüt iri faset göz və təpədə sadə gözcüklər. Faset gözlər çoxlu fasetlərdən- hər biri kiçik ayrıca gözə-ommatidiyə uyğun gələn və buynuz qişadan, büllur konusdan, bir dəstə görmə çubuğundan ibarət olan altıbucaqlı sahələrdən təşkil olunmuşdur.
Avrora (kəpənək)
Avrora (lat. Anthocharis cardamines) — Pieridae fəsiləsinə aid kəpənək növü. Növün latın adı tırtılının qidalandığı bitkinin adı ilə bağlıdır. == Görünüşü == Qanadlar arasında məsafə 38–48 mm,, qanadların uzunluğu isə 17–23 (20–24) mm təşkil edir. == İnkişaf == Dişi il ərzində 1, bəzən 2–3 yumurta qoyur. Tırtılları mayın sonlarından iyulun ortalarına qədər yaşayır. Pup şəklində qışlayırlar. === Yarımnövləri === A. c. alexandra (Hemming, 1933) — Altay ərazisində yayılmışdır. Digər adı A. c.
Böyük Kəpənək
Böyük Kəpənək, Musaelyan (1935), Basen — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. 1828-1830-cu illərdə bura ermənilər köçürülmüş və azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır. Toponim qədim türk dilində "geçə, yapıncı" mənasında işlənən "kəpənək" sözündən düzələn "kəpənəkçi" etnonimi əsasında əmələ gəlmişdir. Kəpənək sözünə "yıpınçı" mənasında "Kitabi Dədə Qorqud"da rast gəlinir. "Böyük" fərqləndirici əlamət bildirir.
Kiçik Kəpənək
Kiçik Kəpənək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur.Erm. SSR AS RH-nin 7.Xll.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hovit qoyulmuşdur. == Toponimi == Toponim qədim türk dilində "yapınçı" mənasında işlənən kəpənək sözündən əmələ gələn kəpənəkçi etnonimi əsasında əmələ gəlmişdir (etnonimin tərkibində -çi şəkilçisi toponim yaradıcılığında ixtisar edilib). "Kiçik" fərqləndirici əlamət bildirir. Etnotoponimidir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1878-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir 1945-ci ildə kənd ermənicə Hovit adlandırılmışdır.
Kəpənək effekti
Kəpənək effekti — bir sistemin başlanğıcında baş verə biləcək kiçik bir dəyişiklik, böyük dəyişikliklərə səbəb ola bilər. "Kəpənək effekti" termini riyazi bir termindir, hesablamalar zamanı rəqəmlərdən birində edilən cüzi dəyişiklik böyük fərqlərə səbəb ola bilər. Adı Edward N. Lorenzin verdiyi bu nümunədən yaranmışdır. "Amazon meşələrindəki bir kəpənəyin qanad çırpması ABŞ-də fırtına qopmasına səbəb ola bilər". Digər bir nümunədə isə, "bir kəpənəyin qanad çırpması dünyanın yarısını ağuşuna ala biləcək bir qasırğanın yaranmasına səbəb ola bilər" deyilir.
Maxaon (kəpənək)
Maxaon kəpənəyi (lat. Papilio machaon) — əsl yelkənqanadlılar cinsinə aid heyvan növü. Erkəklərinin qanadlarının uzunluğu, 64–81 mm, dişilərinin isə 74–95 mm olur. Qanadlarının fonunun rəngi əsasən intensiv sarı olur. Enli qara haşiyəyə və kənarları ayşəkilli sarı ləkələrə malik ön qanadlarında damarcıqlı qara xallar olur. Arxa qanadlarında uzunluğu 10 mm-ə qədər olan "quyruqlar" olur. Arxa qanadlar qanadın kənarında qara rənglə haşiyəyə alınmış göy və sarı xallara, qırmızı-qonur gözcüklərə malikdir. == Yayılması == Holarktika vilayətində geniş yayılmışdır. Avropanın hər yerində (İrlandiya istisna olmaqla), Şimal Buzlu Okeandan başlayaraq Qara dəniz sahillərinə qədər və Qafqazda yayılmışdır. Asiyada, Şimali Afrikada və Cənubi Amerikada rast gəlinir.
Monarx kəpənək
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Qızılqarın kəpənək
Qızılqarın kəpənək (lat. Euproctis chrysorrhoea) — buğumayaqlılar tipinin kəpənəklər dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. Qanadları açılmış halda 32–40 mm böyüklükdə olur. Bu kəpənək əsasən ağ rənglidir. Bəzi hallarda ön qanadları üzərində olduqca kiçik miqyaslı qara nöqtələrə də təsadüf olunur. Dişi fərdlərin qarıncıq nahiyəsində qızılı rəngdə topa halında tükcüklər vardır. Kəpənəyin adı da buradan götürülmüşdür. Bığcıqları lələkvaridir. Yumurtası girdə, sarımtıl-ağ rənglidir. Yumurta yarpağın üzərinə qoyularkən, kəpənək yarpaq səthini qarıncığı nahiyyəsindəki tükcüklərlə örtür.
Qızılca (kəpənək)
Qızılca (lat. Thersamonia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinə aid heyvan cinsi.
Kəpənək simptomu
Kəpənək simptomu (ing. Malar rash) – SLE-də kəskin fotohəssas dəri zədələnməsinin variantı olub, sistem xəstəliyin aktivliyini göstərir, burun və yanaqlarda eritema (burun-dodaq büküşlərini zədələmir) dəridən qalxan papula və ya pilək, çapıqsız sağalır. Sifətin qızarmasının digər səbəblərinini (rozasea, seboreya, kontakt, atopik, aktinik dermatiti) istisna etmək lazımdır.
Kəpənək (film, 2017)
Kəpənək (ing. Papillon) — Mixail Noerin rejissorluğu ilə çəkilən, 2017-ci il bioqrafik dram filmidir. Kəpənək ilk dəfə 2017-ci il Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimatlar bölməsində 9 Sentyabr 2017-ci ildə nümayiş edilib. == Çəkilişlər == Kəpənək, Monteneqro, Malta və əsasən, Belqradda, Serbiya da daxil olmaqla müxtəlif yerlərdə çəkilmişdir.
Kəpənək qanadlarındakı əlifba
Kəpənək qanadlarındakı əlifba Norveçdə anadan olmuş fotoqraf Kjell B.Sandved tərəfindən hazırlanmış foto işdir. Sandved Vaşinqtonda Smithsonian İnstitutunun tərkibində olan Milli Təbiət Tarixi muzeyində işləyib və təsadüfən o, latın əlifbasının hərflərini və ərəb rəqəmlərini kəpənək qanadlarındakı nümunələrdə tapmaq fikrinə gəlib. Foto ekskursiyaları onu Braziliya, Konqo, Papua-Yeni Qvineya və Filippinə aparıb çıxardı. 1975-ci ildə o, əlifbasını tamamladı və "Smithsonian" jurnalında dərc etdirdi.
Qızıl Kəpənək mükafatı
Qızıl Kəpənək (türk. Altın Kelebek) — televiziya, musiqi, film və digər sahələrdə nailiyyət əldə etmiş şəxslərə dəyər üçün verilən mükafat. İlk dəfə 1972-ci ildə mükafatların təqdimatı keçirilmişdir. Heykəl qızılı rəngli kəpənək formalıdır. Namizədlər ilk öncə xalqın təklifiləri ilə saytda müəyyənləşdirilir.SMS və jurilərin səsverməsi nəticəsində qalib müəyyənləşir.Türkiyənin "Kanal D" və "CNN Türk" kanalları vasitəsilə canlı yayımlanır. 2018-ci ildən "Azərbaycanın Ən Parlaq Ulduzu" kateqoriyasında da mükafat verilir. Ən yaxşı qadın aparıcı Ən yaxşı kişi aparıcı Ən yaxşı qadın xəbər aparıcı Ən yaxşı kişi xəbər aparıcı Ən yaxşı xəbər proqramı Ən yaxşı qadın aparıcı Ən yaxşı yerli serial Ən yaxşı dram serialı Ən yaxşı komediya aktrisası Ən yaxşı komediya aktyoru Ən yaxşı dram aktrisası Ən yaxşı dram aktyoru Ən yaxşı televiziya verlişi Ən yaxşı idman verilişi Ən yaxşı maqazin proqramı İlin müğənnisi İlin ən yaxşı türk pop qadın müğənnisi İlin ən yaxşı türk pop kişi müğənnisi İlin ən yaxşı türk xalq mahnıları qadın müğənnisi İlin ən yaxşı türk xalq mahnıları kişi müğənnisi İlin ən yaxşı türk rok qadın müğənnisi İlin ən yaxşı türk rok kişi müğənnisi İlin ən yaxş qrupu İlin ən yaxşı klipi Qürur mükafatı Azərbaycanın Ən Parlaq Ulduzu mükafatı - Mükafat Azərbaycan Sənətçilərinə verilir. Aygün Kazımova keçirdiyi 3 estetik əməliyyata görə namizədliyini geri götürmüşdür.
Yalançı alabəzək kəpənək
Yalançı alabəzək kəpənək - (lat. Syntomis phegea) buğumayaqlılar tipinin kəpənəklər dəstəsinin syntomidae fəsiləsinə aid olan növ Yalançı alabəzək kəpənək, pulcuqluqanadlılar (Lepidoptera) dəstəsinin Syntomidae fəsiləsindən olub, qanadları açılmış halda 32–38 mm-dir. Kəpənəyin yırtıcı tırtıllarının təkipəksarıyanın yumurta və kiçik yaşlı tırtılları ilə qidalanması Qafqazda, o cümlədən Azərbaycanda ilk dəfə 1972-ci ildə Yalama meşə təsərrüfatlarında Zəkəriyyə Məmmədov, R.M.Əfəndi tərəfindən qeydə alımnmışdır. Sonralar 2004-2006-cı illərdə Şəki-Zaqatala bölgəsində təkipəksarıyana qarşı bioloji mübarizə məqsədilə arealdaxili köçürmə üsulu ilə onun tırtıllarından istifadə edilmişdir. Bu baxımdan Lənkəran bölgəsində pardığımız tədqiqatlara əsasən, alabəzək kəpənəyin tırtılları üzərində geniş müşahidələr və hesablama işlərinin aparılmasını məqsədəuyğun hesab etdik. Kəpənəklərin təbiətdə uçuşu may ayının axırından, avqust ayının axırınadək davam edir. Onlar meşənin tala hissələrində bitən gandalaş bitkisinin çiçəkləri ilə qidalanaraq cütləşirlər. Cütləşdikdən 5-6 gün sonra, meşə ağaclarının kök hissəsinə yaxın yem bitkiləri, ağacların gövdələrində olan mamırlar üzərinə qrup halında kiçik yumurtalar qoyurlar. Payıza yaxın, sentyabr ayının axırlarında yumurtalardan tırtıllar çıxmağa başlayırlar. Tırtıllar üçüncü yaş dövrünədək yem bitkiləri ilə qidalanırlar və sonra qışlamaya gedirlər.
Kəpənək effekti (film, 2004)
Kəpənək effekti (ing. The Butterfly Effect) — 2004-cü ildə ABŞ-də çəkilmiş filmdir. Baş rollarını Eşton Kutçer, Emi Smart, Erik Stolts bölüşdürür. == Məzmun == Filmin baş qəhrəmanı hesab edilən Evan əqli problemləri olan bir uşaqdır, pis hadisələr yaşamışdır amma əqli problemlərinə görə bu yaşadıqlarını tam olaraq xatırlaya bilmir. İllər sonra Evan Treborn artıq bir hafizə problemi olmayan normal bir gənc olur. Bir gün uşaqlıqda tutduğu gündəliyini təsadüfən tapır və oxuyur, zamanda səyahət edərək uşaqlığının xatırlaya bilmədyi qaranlıq qisimlərinə dönür. Uşaqlığına səyahəy zamanı, həmin anda baş verən hadisələrə müdaxiləsi hazırda yaşadığı zamandakı həyatına böyük təsir göstərir və hər dəfə geri dönərkən yaxınlarından kiminsə zərər gördüyünə şahid olur və yenidən zamanda səyahət edərək, keçmişə qayıdaraq ətrafındakıların normal bir həyat yaşması üçün mübarizə aparır...
Skafandr və kəpənək (film)
Skafandr və kəpənək (fr. Le scaphandre et le papillon) — amerikalı rejissor Culian Şnabel tərəfindən Jan-Dominik Bobinin eyniadlı hekayəsi əsasında çəkilən və ilk nümayişi 23 may 2007-ci ildə baş tutan fransız filmi. Ən yaxşı rejissor işinə görə 2007-ci il Kann kinofestivalının mükafatçısı. Film "Elle" jurnalının redaktoru Jan-Dominik Bobinin real həyatından götürülmüşdür. 8 dekabr 1995-ci ildə 42 yaşlı Bobi insult keçirir. Komadan ayılanda heç bir bədən üzvünü hərəkət etdirə bilmdəyinin, həmçinin danışmaq qabiliyyətini itirdiyinin fərqinə varır. Tərpədə bildiyi yeganə organı, sol göz qapağıdır. Bu sayədə asan suallara "hə", "yox" cavablarını verə bilir. Bu, ətraf mühitlə yeganə bağlantısıdır. Ünsiyyət və danışıq terapevti Bobinin daha yaxşı ünsiyyət qura bilməsi üçün, hərfləri fransız dilindəki işlənmə tezliyinə görə sıralayır (E, L, A, O, I, N, S, D və s.) və yüksək səslə oxyur.
Skafandr və kəpənək (film, 2007)
Skafandr və kəpənək (fr. Le scaphandre et le papillon) — amerikalı rejissor Culian Şnabel tərəfindən Jan-Dominik Bobinin eyniadlı hekayəsi əsasında çəkilən və ilk nümayişi 23 may 2007-ci ildə baş tutan fransız filmi. Ən yaxşı rejissor işinə görə 2007-ci il Kann kinofestivalının mükafatçısı. Film "Elle" jurnalının redaktoru Jan-Dominik Bobinin real həyatından götürülmüşdür. 8 dekabr 1995-ci ildə 42 yaşlı Bobi insult keçirir. Komadan ayılanda heç bir bədən üzvünü hərəkət etdirə bilmdəyinin, həmçinin danışmaq qabiliyyətini itirdiyinin fərqinə varır. Tərpədə bildiyi yeganə organı, sol göz qapağıdır. Bu sayədə asan suallara "hə", "yox" cavablarını verə bilir. Bu, ətraf mühitlə yeganə bağlantısıdır. Ünsiyyət və danışıq terapevti Bobinin daha yaxşı ünsiyyət qura bilməsi üçün, hərfləri fransız dilindəki işlənmə tezliyinə görə sıralayır (E, L, A, O, I, N, S, D və s.) və yüksək səslə oxyur.
Qızıl Kəpənək Azərbaycanın Ən Parlaq Ulduzu mükafatı
Azərbaycanın Ən Parlaq Ulduzu kateqoriyasında Qızıl Kəpənək mükafatını qazanan sənətçilərin siyahısı. Mükafat yalnız Azərbaycan sənətçilərinə verilir.

Digər lüğətlərdə